Azerbaijani 

Səhifəmizə Xoş Gəldiniz! Şirkətimiz haqqında qısa məlumatı sizə çatdırmaq istərdik.

TECONİT – Niderland krallığında qurulan, beynəlxalq bir mühəndislik xidmətləri şirkətidir. Bizim Azərbaycandada fəaliyyət təcrübəmiz vardır! Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli neft-qaz yatağın işlənilməsi üçün Mərkəzi Azəri və Qərb Azəri platformalarının inşaatında, bu platforlmaların dayaqların inşaatı və yerində qurulması və sahilə qədər yeraltı boru xətlərinin döşənməsində mütəxəssilərimizin böyük əməyi olub.

Əsas profilimiz boru xətləri işləri, metal-konstruksiya və təzyiq altında işləyən avadanlıq üzrə tikinti qurlaşdırma, konsultasiya və mühəndislikdir. Bununla birlikdə, müştərilərimiz üçün alış-satış xidmətlərinidə göstəririk.

Beynəlxalq dərəcəli inşaat montazh, boru xətləri, qaynaq və keyfiyyət üzrə təcrübəli mütəxəssilərimiz sizin layihənizdəki bu sahələr üzrə işlərin smetalaşdırmasında, planlaşdırılmasında və icrasında yardımçı ola bilərlər. Biz sizin işinizi geciktirmədən, büdcə daxilində və keyfiyyətli şəkildə yerinə yetirmək qabiliyyətindəyik!

Müştərilərimizin layihə işləri üçün, dünyanın harasından olursa olsun ən son texnologiya və keyfiyyətli avadanlıq və materialları tapırıq və təchizat edirik. Müştərilərimizin büdcəsinə uyğun fərqli variantlarda təklif edə bilərik.

Eyni zamanda, sizin şirkətin istehsal etdiyi malların və ya göstərdiyi xdimətlərin Avropa və Orta Şərq bazarında satışını təşkil edirik.

Sizin sorğularınızı və əməkdaşlıq haqqında təkliflərinizi məmuniyyətlə nəzərdən keçirərik!